top
Gəncənin İstiqlal bağı harada yerləşib
24 fevral 2024, 16:00
- +

Gəncənin İstiqlal bağı harada yerləşib

1900-cü ildə Gəncəçayın sol sahili boyu uzanan ərazidə çar Rusiyasının imperatorunun adını daşıyan Aleksandr bağı salınmışdır. Bu bağ indiki Gəncə Dövlət Dram Teatrından Mürsəl ocağına kimi olan ərazini əhatə edirdi. Daha sonra isə bu bulvara “İstiqlal bağı” adı verilmişdir.

Bağın bu cür adlandırılması Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınması ilə əlaqəlidir. Birinci Dünya müharibəsinin yekunları üzrə Parisdə uzun müddət davam edən Versal Sülh Konfransında siyasi xadim, Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında AXC-nin nümayəndə heyəti işirak edib. Onların fəaliyyəti nəticəsində 11 yanvar 1920-ci ildə Azərbaycan Cümhuriyyətinin müstəqilliyi tanındı. Bu xəbər teleqrafla Azərbaycana çatdırılan kimi Bakıda və Gəncədə bayram coşqulu yürüş və tədbirlər keçirildi. Cümhuriyyətin orqanı sayılan “Azərbaycan” qəzetinin 22 yanvar tarixli buraxılışında “Gəncədə istiqlal bayramı” adlı məqalənin sonunda belə bir yazı var idi: “Bu şərəfli gün münasibətilə... Gəncə şəhər İdarəsi Birinci Aleksandr adına olan bağı İstiqlal bağı adlandırmağa qərar verdi”.

Sovet dövründə Gəncəçayın sağ sahili də xeyli yaşıllaşdırılmış və hər iki sahili əhatə edən ərazi “Sahil bağı” adlandırılmışdı.

Bu ərazidə Azərbaycanın tanınmış şəxsiyyətlərinin məzarları da yerləşir. Şair Abbas Səhhət 1918-ci ildə Gəncədə vəfat edərkən şəhərin Səbiskar qəbiristanlığında dəfn olunsa da, 1947-ci ildə onun nəşi bu bağın ərazisinə köçürülüb və burada büstü qoyulub. Bağdakı digər qəbir isə vaxtı ilə Gəncədə fəaliyyət göstərmiş hərbi pilotlar məktəbinin direktoru, təyyarəçilərin hazırlığı ilə məşğul olmuş polkovnik Leonid Vasilyeviç İvanovun qəbridir.

2017-ci ildə Gəncəçayın sağ sahilindəki hissə rekonstruksiyalar nəticəsində bulvar halına gətirilib, sol sahilin yaşıl ərazisi isə “Sahil bağı” adını qoruyub saxlayıb.

Mənbələr:


  1. Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.

  2. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.

  3. https://525.az/news/148344-iki-mezar-ve-tarixi-istiqlal-bagi-reportaj

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Bu gün, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Bu gün, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Bu gün, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Bu gün, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Bu gün, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Bu gün, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
Dünən, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
Dünən, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər