top
Gəncədə vaxtilə məskən salmış tayfanın yurdu: Qaramanlı məhəlləsi
19 dekabr 2023, 15:30
- ↺ +

Gəncədə vaxtilə məskən salmış tayfanın yurdu: Qaramanlı məhəlləsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qaramanlı məhəlləsi indiki Pərviz Səmədov, Cavadxan, Həsən Əliyev, Mikayıl Müşfiq, Şahsevənlər və Ozan küçəsinin bir hissəsi olan ərazidə yerləşirdi. Məhəllənin yaranması burada məskən salmış Qaramanlı tayfasının adı ilə bağlıdır.

Bəzi alimlərin sözlərinə görə, Qaramanlı soyu Azərbaycana Anadolunun Qaraman bəyliyindən gəlib. Əslində isə XIV əsrin sonlarında Gəncə və Bərdəni idarə еdən Tərəkəmə kələntərlərindən birinin adı Qaraman bəy idi. Qaraman bəyin soyu sonralar Qaramanlı kimi tanınmağa başladı.

Qaramanlılar Qaraqoyunlu tayfa ittifaqını təşkil edənlərdən biri olublar. Onların, həmçinin Qaraqoyunluların Azərbaycanda hakimiyyətinin möhkəmlənməsində rolu olub.  Qaraqoyunluların süqutundan sonra onlar Ağqoyunlu tayfa ittifaqına, daha sonra isə Qızılbaş tayfa ittifaqına qoşulurlar. Qaramanlı tayfasının üzvləri bir müddət Gəncə-Qarabağ bəylərbəyliyini idarə ediblər.

Qaramanlıların bir hissəsi 1588-ci ildə - Gəncə osmanlılar tərəfindən işğal olunduqdan sonra İrana köç edirlər. 1606-cı ildə - Gəncə osmanlılardan azad edildikdən sonra onlar Gəncəyə geri dönərək Qaramanlı məhəlləsini salırlar.

Qaramanlı məhəlləsinin sakinləri “Qara arx” və “Ozan” kəhrizlərinin suyundan istifadə ediblər. Ölülərini isə “Səbiskar” və “Su tökülən” qəbiristanlığında dəfn ediblər. Qaramanlı sakinləri, əsasən, ticarət və dərziliklə məşğul olublar.

1897-ci ildə Qaramanlı məhəlləsində həbsxana inşa edilib. Binanın sol hissəsində çar ordusu əsgərlərinin kazarmaları və süvari əsgərlərinin at tövlələri var idi. Həmçinin kazarmanın yaxınlığında vaxtı ilə rus əsgərlərinin qəbiristanlığı mövcud olub. 1918-ci ildə Gəncəyə gəlmiş Qafqaz İslam Ordusunun süvari polku və at tövlələri Qaramanlı məhəlləsində yerləşirdi.

1932-ci ildə məhəllədə kolxoz yaradılıb. Məhəllə sakinləri, əsasən, “İnqilab” kolxozunda çalışıblar.

Mənbələr:


  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. 2-ci cild. Bakı-2007.

  2. Ənvər Çingizoğlu,Fazil Baxşəliyev. Qarabağın el və obaları. Bakı-2007.

  3. Tarix və onun problemləri. № 2. 2014. Qaramanlı tayfası.

  4. Namlet Allahverdiyev. Gəncə məhəllələri. Bakı-2020.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:04

Gəncədə qoyunların, inək, camış və keçilərin sayı AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 09:55

Ərinin pulsuzluğundan gileylənən qadın vəhşicəsinə DÖYÜLDÜ

Bütün xəbərlər
Bu gün, 09:17

Gəncədə sahibsiz itlər problemi ARTIR

Bütün xəbərlər
Dünən, 18:00

"Arzulayıram ki, mən arvadımdan əvvəl ölüm" - Rəşid Mahmudov

Bütün xəbərlər
Dünən, 17:28

Qəzada xəsarət alan kişini xilas etmək mümkün olmadı

Bütün xəbərlər
Dünən, 16:58

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bütün xəbərlər
Dünən, 15:59

Gəncədə sabah hava yağmursuz keçəcək

Bütün xəbərlər
Dünən, 15:31

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 14:28

Təqaüdçünün evinə basqın edib sayğacı qoparan həbs olundu

Bütün xəbərlər
Dünən, 13:57

Alen Simonyan Gəncəyə gəlir?

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə ötən il məzunların 38,5 faizi universitetlərə qəbul olunub

Bütün xəbərlər
Dünən, 12:49

Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:37

Gəncə yaxınlığında bu yol məhv edilib

Bütün xəbərlər
Dünən, 09:36

Gəncə batalyonundan Milli Qəhrəmana - əfsanənin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:14

Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı

Bütün xəbərlər
25 noyabr 2026, 17:28

Gəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu

Bütün xəbərlər
25 noyabr 2026, 16:44

ADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb

Bütün xəbərlər
25 noyabr 2026, 16:04

Gəncədə yerləşmə müəssisələrində YOXLAMA

Bütün xəbərlər
25 noyabr 2026, 15:35

Gəncəli şəhid atası şikayət etdi: "Küçəmiz bərbad gündədir"

Bütün xəbərlər
25 noyabr 2026, 14:22

Balaca qızı zorlayan oğlana 10 il həbs verildi – TƏFƏRRÜAT

Bütün xəbərlər
25 noyabr 2026, 12:45

Gəncədə irigövdəli ağac təhlükə saçır

Bütün xəbərlər
25 noyabr 2026, 12:14

Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı

Bütün xəbərlər
25 noyabr 2026, 11:26

Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu

Oxşar xəbərlər