top
Gəncə bölgəsində qədimdə məşhur olan qarşılıqlı yardım forması: “Hoy” adlı el köməklikləri
14 dekabr 2023, 15:00
- +

Gəncə bölgəsində qədimdə məşhur olan qarşılıqlı yardım forması: “Hoy” adlı el köməklikləri

Azərbaycan xalqının qədimdən bir çox ədət və ənənələri mövcud olub. Belə ənənələr arasında qarşılıqlı yardım formaları da var. Qədim zamanlardan qarşılıqlı yardım insanların təsərrüfat işlərində və məişətdə bir-birlərinə qohumluq, qonşuluq və el-oba köməkliyidir. Bu qarşılıqlı yardım formalarından biri vaxtı ilə Gəncə bölgəsinin kəndliləri arasında “hoy” adı ilə tanınan el köməkliyi idi.

“Hoy” Gəncə bölgəsində, əsasən, ev tikintisi, toy və yas mərasimləri zamanı təşkil edilən el köməklikləri idi. İki halda kəndlilər ev tikmək üçün “hoya” çağırılırdılar: yeni ev inşa ediləndə və ya bədbəxt hadisə nəticəsində evsiz qalmış ailə üçün sığınacaq tikəndə. Birinci halda ev tikən adam bütün tikinti materiallarını hazırlayaraq, yalnız inşa işlərinə köməyə çağırırdı. Digər variantda isə köməyə çağırılanlar özləri tikinti materiallarını hazırlayıb, kiçik ev inşa edərdilər.

Gəncə bölgəsində kəndlilər “hoy”u böyük iş adlandırırdılar. Burada çətin vəziyyətə düşmüş qonşusuna, həmkəndlilərə kömək etməyi hər kəs özü üçün borc hesab edərdi. Onların arasında hətta “hoy müqəddəs işdir” kimi yayılmış bir deyim var idi. Bu deyim bir rəvayətlə bağlıdır.

Rəvayətə görə, Gəncə qəzasının Əhmədli kəndində Murad adlı bir qaçaq olub. Zaman ötdükcə Murad yaşlanır və evinə qayıdır. Bu zaman onun bir qonşusunun evini ildırım vurur, nəticədə həmin adamın evi yanır. Ev tikmək məqsədilə kənddə “hoy” elan edilir. Hoya çağırışı eşidən Muradın anası oğluna gedib qonşuya əl tutmağı məsləhət görür. Murad hoy yerinə gəlir, həvəslə, bütün gücü ilə işləyir. Lakin evin damının sonuncu tirini qaldıran zaman ürəyi dayanır. Kənd camaatı Muradı müqəddəs adam kimi dəfn edir və daha heç kəs onu qaçaq-quldur kimi yad etmir.

Azərbaycanda belə xeyirxah əməllər qədimdən təkmilləşmiş və inkişaf edərək bu günümüzə qədər gəlib çatmışdır.

Mənbələr:


  1. Azərbaycan etnoqrafiyası. III cild. Bakı-2007.

  2. Qəzənfər Rəcəbli. Azərbaycanda qarşılıqlı yardım formaları (tarixi-etnoloji tədqiqat). Bakı-2008.

  3. https://intangible.az/front/az/aboutExample/21620

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
Dünən, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Dünən, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
Dünən, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
Dünən, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
Dünən, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
Dünən, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
Dünən, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Bütün xəbərlər
Dünən, 09:19

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
20 sentyabr 2026, 17:03

Gəncədə sakinlərin illərdir həll olunmayan həyət problemi

Bütün xəbərlər
20 sentyabr 2026, 15:00

Azərbaycan üzərində hökmran olan Gəncə qalası

Bütün xəbərlər
20 sentyabr 2026, 13:00

Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: xərçəng riski artır?

Bütün xəbərlər
20 sentyabr 2026, 11:00

"TikTok"da tanış olduğu qızı qaçırdı, HƏBS OLUNDU

Bütün xəbərlər
20 sentyabr 2026, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 20:01

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
19 sentyabr 2026, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
19 sentyabr 2026, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
19 sentyabr 2026, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
19 sentyabr 2026, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
19 sentyabr 2026, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Oxşar xəbərlər