25.4 C
Gence
18.5 C
Ganja

Gəncə şəhər Gənclər və İdman Baş idarəsi Konstitusiya günü ilə əlaqədar tədbir keçirib

Gəncədə Konstitusiya günü ilə əlaqədar tədbir keçirilib. Bu haqda 12 noyabr tarixində Gəncə şəhər Gənclər və İdman Baş idarəsi məlumat paylaşıb.

Dəyirmi masada idarənin rəisi Həmid Nəsirov, gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə və Gəncə Dövlət Universitetinin Tarix kafedrasının müəllimi Ümid İsmayılov iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən mütərəqqi konstitusiyalarından biri olduğunu, burada bütün ali hüquqların qorunduğunu bildiriblər. Onlar dövlət atributlarına hörmətin vacibliyini bildiriblər və gənclərə Konstitusiyanı dərindən öyrənməyi tövsiyə ediblər.