top
Gəncə qapıları: bir tayı Dərbənddə, digəri isə Gürcüstanda
08 oktyabr 2021, 15:00
- +

Gəncə qapıları: bir tayı Dərbənddə, digəri isə Gürcüstanda

1063-cü ildə Şəddadilər dövlətinin hökmdarı Əbüləsvar Şavur, Gəncənin girişində, xarici hücumlardan qorunmaq məqsədi ilə, böyük dəmir qapıların quraşdırılmasını əmr etmişdir.

I Şavurun əmri ilə qapıların bir tayında ərəbcə yazı həkk olunmuşdur. Yazının mətnində deyilir: "Mərhəmətli və rəhimli Allahın adı ilə həşəmətli mövlamız və əmrimiz Seyid Şavur ibn Əl-Fəzl (Allah onun hökmdarlığını uzun etsin) bizə bu qapını Qazi Əbul Fərəc Məhəmməd ibn Abdullanın (Allah onun qabiliyyətini çox etsin) inayəti ilə bu qapını qurmağa əmr etdi. Dəmirçi İbrahim ibn Osmanın Ənqaveyhin işi (hicri 455-ci il)".

30 sentyabr 1139-cu ildə Gəncədə zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində şəhər tamamilə dağılmışdır. Bundan istifadə edərək, gürcü hökmdarı, I Demetri, Gəncəni qarət etmişdir. Geri dönəndə isə Gəncə qapılarını qənimət kimi özü ilə Gürcüstana aparmışdır.

Bu qapıların Gürcüstana aparılması haqda hekayə var. Deyilənə görə, bir neçə ton ağırlığında olan, bu qapılar zəlzələdən sağ qalan Gəncə sakinləri tərəfindən aparılıb. Onların çoxunun qapının ağırlığı altında öldüyü söylənilir.

Hal-hazırda yazı olan qapı tayı Gürcüstanda, Gelati monastırın cənub divarında yerləşir. Qapının digər tayı haqda isə müxtəlif fikirlər mövcuddur. Gürcüstan SSR Elmlər Akademiyasının əməkdaşlarının sözlərinə görə, qapılardan biri korroziyaya uğrayıb və məhv olub.

Tarixçi İmaddədin Əl-İsfəhaninin əsərində qapı ilə bağlı belə yazmışdır: "Arran hökmdarı Qara Sonqur özünü gəncəlilərə yetirmiş, gürcülərdən intiqam almış, qapını da gətirmiş, yeni Gəncə saldırmış, onu da oraya asdırmışdır".

Maarifçi Cavad bəy Rəfibəyli "Azərbaycan təsviri sənətin inkişaf tarixi" əsərində qapılar haqda yazlb: "… gürcü çarı I Demetri Gəncə qapısının iki tağını deyil, Gürcüstana bir tağını aparmışdır. İkinci tağ Dərbəndə gedib çıxmış və orada əridilmişdir" (ondan güllə düzəldiyi söylənilir)".

 

Mənbələr:


  1. Sadıq Şükürov. Gəncənin tarixi abidələri. Gəncə-1998.

  2. Q. Hümmətov, B. Baqırov. Kirovabad. Baki-1969.

  3. http://www.ganca.net/rus/darvazar.html

  4. https://www.youtube.com/watch?v=lfFo9U6xVyQ

  5. https://zerkalo.az/ukradennye-vrata-raya/

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:44

Gəncəli abituriyent YÖS imtahanında MAKSİMUM BAL TOPLAYIB

Bütün xəbərlər
Bu gün, 09:01

Gəncənin Səbiskar qəbiristanlığı abadlaşdırılıb

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə "ABAD məhəllə" layihəsi həyata keçirilir

Bütün xəbərlər
Dünən, 17:31

Gəncədə məktəbli "PUBG"yə görə evindən 40 min manat oğurlayıb

Bütün xəbərlər
Dünən, 17:00

Uşaqların I sinfə qəbulu prosesi başlayır

Bütün xəbərlər
Dünən, 16:33

Sabah 25 dərəcəyədək isti gözlənilir

Bütün xəbərlər
Dünən, 14:52

Gəncədə məktəblini bıçaqlayan şagirdin valideyinləri ilə profilaktik söhbət aparılıb

Bütün xəbərlər
Dünən, 14:19

Gəncəli güləşçi İlham Əliyevə qızıl medal söz verdi

Bütün xəbərlər
Dünən, 11:41

Gəncə Regional Turizm İdarəsi hotellərdə monitorinqlər keçirir

Bütün xəbərlər
Dünən, 11:05

Neft Akademiyası faciəsinin GƏNCƏLİ qurbanı… – Yaşasaydı 37 yaşı olacaqdı

Bütün xəbərlər
Dünən, 10:02

Gəncədə yolu asfaltladılar, 20 metrini "unutdular"

Bizim fəxrimiz
Dünən, 08:49

Gəncə üzrə ən YÜKSƏK bal toplayan ŞAGİRDLƏR

Bütün xəbərlər
29 aprel 2026, 18:00

Xan bağı güllərlə bəzədilir

Bütün xəbərlər
29 aprel 2026, 16:38

Gəncəli cüdoçulardan beynəlxalq uğur

Bütün xəbərlər
29 aprel 2026, 15:57

Gəncəlilərə XOŞ XƏBƏR: Maldiv adalarına vizasız...

Bütün xəbərlər
29 aprel 2026, 15:22

Həbsdə olan qonşusunun arvadı ilə yaşayan KİŞİNİ DÖYDÜ

Bütün xəbərlər
29 aprel 2026, 14:45

Gəncənin balaca şəhidinin doğum günüdür - Ailəsi ilə birgə…

Bütün xəbərlər
29 aprel 2026, 14:00

Gəncədə yeni asfaltlanan kələ-kötür yol

Bizim fəxrimiz
29 aprel 2026, 13:02

Selçuk Bayraktar GƏNCƏLİ mühəndisi təltif edib

Bütün xəbərlər
29 aprel 2026, 10:29

Gəncədə məktəblə bağlı səsləndirilən iddialara görə polis araşdırma aparır - YENİLƏNİB

Gəncəbasar
29 aprel 2026, 09:28

Ağır yol qəzası: 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
28 aprel 2026, 17:22

Tələbə təhsil sektorunun müdiri təyin olundu

Bütün xəbərlər
28 aprel 2026, 16:41

Gəncədə zorakılıq iddiası: Azyaşlılar məktəb TUALETİNDƏ döyülür

Bütün xəbərlər
28 aprel 2026, 15:14

"Priora" aşıb, xəsarət alanlar var

Oxşar xəbərlər