Gəncədə məktəblilərə üzgüçülük dərsləri keçirilir. Bu haqda 3 mart tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Şagirdlər üçün üzgüçülük məşğələləri Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilir. “Üzməyi öyrənək” adlı layihə çərçivəsində baş tutan dərslər Olimpiya İdman Kompleksində keçirilir. Peşəkar məşqçilər tərəfindən uşaqlara üzgüçülüyün sirləri öyrədilir.
Azyaşlılar müxtəlif hərəkətləri yerinə yetirərək üzmək vərdişlərinə yiyələnməklə yanaşı, əyləncəli vaxt keçirirlər. Layihəyə ilkin olaraq 4 nömrəli tam orta məktəbin şagirdləri cəlb olunublar.
Dərslər 1 aya yaxın davam edəcək.