Gəncədə küçələrin birində kommunal işlər görülüb. Bu haqda Gencexeber.az-a 19 dekabr tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin Zaur İsmayılov küçəsində aparılıb. Adıçəkilən əraziyə aidiyyəti qurumun texnikası və canlı qüvvəsi cəlb olunub.
Küçədə əməkdaşlar tərəfindən qazıntı işləri həyata keçirilib. Ərazidəki kanalizasiya xətləri şəhərin ümumi sistemi ilə birləşdirilib. Bu səbəbdən küçədə kanalizasiya quyusu qazılıb.