Gəncə sakinləri küçələrindəki təhlükə saçan dayaqdan narahatdırlar. Bu haqda Gencexeber.az-a 23 dekabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Səfəvilər küçəsindən gedir. Adıçəkilən ərazidə elektrik naqillərini ötürən yüksək gərginlikli dayaq mövcuddur. Həmin qurğu avtomobil yolunun ortasında yerləşdirilib. Bu vəziyyət ərazidə yaşayan sakinlər üçün təhlükə mənbəyidir.
Sözügedən hal, həmçinin nəqliyyat vasitələrinin hərəkətində də çətinlik yaradır. Sakinlər bu məsələnin həll olunmasını arzu edirlər.