Gəncədə xəsarətlə nəticələnən qəza baş verib. Bu haqda 14 noyabr tarixində Apa-ya istinadən xəbər veririk.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən 31 yaşlı qızı avtomobil vurub.
Günay Adıgözəlova xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.