Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 25 dekabr tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Nəticədə 48 yaşlı Aynurə Nəzərova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qadının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
[modula id="52153"]