Gəncədə iki küçədə avtomobil yolu yararsız haldadır. Bu haqda Gencexeber.az-a 15 dekabr tarixində məlumat daxil olub.
Bu hal Üzeyir Hacıbəyli küçəsi və Atatürk prospekti ilə Ruzigar Qasımov küçələrinin kəsişməsində müşahidə olunur. Adıçəkilən ərazilərdə sürücülər üçün maneə yaranıb. Hər iki küçədə avtomobil yolunda asfalt örtüyü çöküb.
“Həmin hissədən keçərkən avtomobillərimizin altı dəyir. Çöküntü səbəbindən yolda qəza yaranır”- deyə sürücülər qeyd ediblər.
[modula id="51638"]