Gəncədə yolların birində hərəkət çətinləşib. Bu haqda Gencexeber.az-a 11 dekabr tarixində məlumat daxil olub.
Bu hal Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçələrinin kəsişməsində müşahidə olunur. Adıçəkilən ərazidə asfalt yolun bir hissəsi çöküb.
Sözügedən vəziyyət sürücülər üçün maneə törədir. “Yolun çökməsi tıxaca səbəb olur. Bəzi avtomobillərin altı dəyir”- deyə sürücülər bildiriblər.