Gəncədə avtomobil qəzaya uğrayıb. Bu haqda 2 sentyabr tarixində Avtosfer-ə istinadən xəbər veririk.
Hadisə səhər saatlarında qeydə alınıb. “VAZ-21099” markalı avtomobil böyrü üstə yol kənarında qazılmış çuxura düşüb. Nəticədə nəqliyyat vasitəsi zədələnib. Xəsarət alan olmayıb.
Qeyd edək ki, şahidlərin sözlərinə görə, bir müddət öncə “Niva” markalı avtomobil də həmin çuxura düşüb.