Gəncədə baş verən kommunal qəzanın nəticələri aradan qaldırılıb. Bu haqda Gencexeber.az-a 4 dekabr tarixində məlumat daxil olub.
Bir neçə gün öncə dörd küçənin kəsişməsində baş verən kommunal qəza barədə xəbər vermişdik.
Əraziyə texnika və canlı qüvvə cəlb olunub. Sözügedən kəsişmədə partlayan su xətti təmir edilib və nəqliyyatın hərəkətində yaranan maneə aradan qaldırılıb.