Gəncədə keçidlərdən birində təmirə ehtiyac var. Bu haqda Gencexeber.az-a 18 noyabr tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Mərkəzi Univermağının qarşısında müşahidə edilir. Buradakı yeraltı piyada keçidində bəzi lampalar yararsız haldadır.
Sakinlərin sözlərinə görə, lampalar tez-tez yanıb-sönür. Şəhər əhalisi vəziyyətdən narahat olur, lampaların təmir edilməsini istəyir.
[modula id="50138"]