Gəncədə yolların birində sakinlər üçün maneə yaranıb. Bu haqda Gencexeber.az-a 18 yanvar tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Xudadat bəy Rəfibəyli küçəsində müşahidə edilir. Yeni asfalt örtüyü çəkilmiş yolda dəlik əmələ gəlib.
Sakinlərin sözlərinə görə, hadisə bir həftəyə yaxındır ki, baş verib. Onlar bildirirlər ki, asfaltın altında boşluq olub. Bu səbəbdən örtüyün bir parçası qopub və dəliyin içinə düşüb. Vətəndaşlar yaranan vəziyyətdən narahat olduqlarını bildirirlər.