Gəncədə lüklərin qapaqları dəyişdirilir. Bu haqda Gencexeber.az-a 29 avqust tarixində məlumat daxil olub.
Söhbət şəhərin Nizami küçəsindən gedir. Burada bir neçə gün öncə yeni asfalt örtüyü salınıb. Lüklər yeni yol səthindən aşağıda qaldığı üçün qapaqları yeni və daha hündürləri ilə əvəz olunur.
Qeyd edək ki, bir çox küçələrdə lüklərin asfalt örtüyündən yuxarı və ya aşağıda yerləşməsi hərəkət iştirakçıları üçün çətinlik yaradır.
[modula id="43686"]