Bu gün dünyada Yeni ilin gəlişi qeyd olunur. Gəncəxəbər.az redaksiyası olaraq bütün izləyicilərimizi səmimi qəlbdən təbrik edirik.
2024-cü ilin hər kəs üçün uğurlu olmasını diləyirik. Sizlərə cansağlığı, uzun ömür, ailənizdə xoşbəxtlik və firavan həyat arzulayırıq.
Hər zaman olduğu kimi, yeni ildə də sakinlərimizin rahatlığı və şəhərimizin gözəlliyi üçün çalışmağa davam edəcəyik. Xoş xəbərlərin üstünlük təşkil etməsini diləyirik.