Gəncədə ərazilərdən biri çirkləndirilib. Bu haqda Gencexeber.az-a 17 fevral tarixində məlumat daxil olub.
Söhbət şəhərin “Daş körpü məhəlləsi” adlanan ərazisindən gedir. Burada yolun hər iki tərəfinə tullantılar atılıb. Bu hal ərazidə yaşayan sakinləri narahat edir.
“Hər yanı üfunət bürüyüb. Uşaqlarımızı bu yol ilə məktəbə aparırıq. Qoxu və antisanitariya vəziyyəti bizi çox narahat edir. Bir müddət öncə ətrafdakı digər ərazilərə zibil qutuları yerləşdirildi, burada isə qoymadılar”, – deyə vətəndaşlar bildiriblər.