Gəncədə iki yerdə asfalt yararsız hala düşüb. Bu haqda Gencexeber.az-a 1 mart tarixində məlumat daxil olub.
Sözügedən hal Qara Qarayev, Təbriz, Ozan, Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində və Üzeyir Hacıbəyli küçəsində müşahidə olunur. Adıçəkilən ərazilərdə avtomobil yollarının təmirə ehtiyacı var.
Dörd küçənin kəsişməsində olan yolun bir hissəsi yararsız haldadır. Digər küçədə isə asfalt yolun yamaq vurulan hissəsində çöküntü əmələ gəlib. Sürücülər qeyd edirlər ki, yollarda yaranan vəziyyət onların avtomobillərinə ziyan vurur və idarəetmələrinə maneə törədir.
[modula id="55749"]