Gəncədə iki avtomobil bir-birinə çarpılıb. Bu haqda Gencexeber.az-a 2 dekabr tarixində məlumat daxil olub.
Hadisə şəhərin Yeni Gəncə qəsəbəsi, “Araz” marketin qarşısında qeydə alınıb. “Daewoo Nexia” ilə “Mercedes” markalı avtomobillər qəza törədib.
Birinci maşın geriyə dönmək istəyərkən hərəkətdə olan ikinci nəqliyyat vasitəsinə çarpılıb. Qəza yerinə polis və sığorta əməkdaşları cəlb olunublar.
Şahidlərin sözlərinə görə, “Daewoo Nexia”nın sürücüsü hadisə yerindən qaçıb.