Gəncədə təlim təşkil olunub. Bu haqda 5 fevral tarixində Şəhər Birləşmiş Xəstəxanasına istinadən xəbər veririk.
Təlim Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki İlkin Səhiyyə Xidməti, Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası bölməsinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda olub.
Təlimdə İSX, Psixi sağlamlıq, Məktəb və məktəbəqədər uşaq bölmələrinin tibbi işçiləri iştirak ediblər. Burada İSX-nin müdiri Xalidə Sadıqova və Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası bölməsinin müdiri Zaur Əhmədov yanğın təhlükəsizliyi qaydaları haqqında məlumat veriblər.