Gəncənin Heydər Əliyev Mərkəzində tədbir baş tutub. Bu haqda 24 fevral tarixində Heydər Əliyev Mərkəzinə istinadən xəbər veririk.
Tədbir Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “26 Fevral - Xocalı soyqırımı - Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət” mövzusunda keçirilib. Burada 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə Mərkəzin əməkdaşları və məktəbin müəllimi çıxış edərək Xocalı soyqırımı haqqında danışıblar. Onlar bildiriblər ki, illər ötsə də, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək. Sonda şagirdlər Xocalı soyqırımına həsr olunmuş şeir kompozisiyası ilə çıxış ediblər.