Gəncədə xüsusi məktəbə ziyarət olunub. Bu haqda 22 dekabr tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Türkiyə Cümhuriyyəti Milli Eğitim Bakanlığı, Yenilik və Eğitim Teknolojileri Müdürlüyü - Ulusal Destek Servisi Koordinatoru Mehmet Fatih Döğer, Müdürlüyün əməkdaşları, Elm və Təhsil Nazirliyi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, şöbə müdiri Fidan Nəcəfova və idarənin əməkdaşları Gəncə şəhər 45 nömrəli xüsusi məktəbə baş çəkiblər.
Burada qonaqlar təhsil ocağında tədris prosesini və loqopediya məşğələsi otağında təşkil olunan məşğələləri izləyiblər. Həmçinin şagirdlərin istifadə etdikləri əyani vəsaitlərlə tanışlıq baş tutub.