Gəncədə seminar təşkil olunacaq. Bu haqda Gencexeber.az-a 12 yanvar tarixində məlumat daxil olub.
“Xaricdə təhsil və təqaüd imkanları” mövzusunda seminar keçiriləcək. Tədbir 17 yanvar saat 14:00-da baş tutacaq.
Seminarda Aisa Aslanova "Xaricdə təhsil və təqaüd imkanları" və Mobil Qarayev "İngilis dilinin müasir dünyadakı rolu" mövzularında çıxış edəcəklər.
Qoşulmaq istəyən şəxslər (070) 575 20 90 nömrəsi ilə əlaqə saxlaya bilərlər.