Gəncədə ümumşəhər tədbiri təşkil olunacaq. Bu haqda 16 mart tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Tədbir 17 mart saat 12:00-da başlayacaq. İcra Hakimiyyəti şəhərin qonaqlarını, sakinlərini, xüsusilə də şəhid ailələrini “Xarıbülbül ətirli Bahar bayramı” adlı Novruz şənliyinə dəvət edir.
Ümumşəhər tədbiri şəhərin Heydər Əliyev meydanında (İcra Hakimiyyəti binasının qarşısında) keçiriləcək.