Gəncədə konsert təşkil olunacaq. Bu haqda 12 yanvar tarixində Filarmoniyaya istinadən məlumat veririk.
Tədbir 18 mart saat 19:00-da baş tutacaq. Emil Əfrasiyab Nizami yurdunun qonağı olacaq. Burada Əməkdar artist “Caz axşamı” adlı ilk solo konsertini verəcək.
Proqram Vaqif Mustafazadənin anadan olmasının 84 illiyi münasibətilə keçiriləcək. Tədbir Gəncə Dövlət Filarmoniyasında təşkil ediləcək.
Biletləri Filarmoniyanın kassasından əldə etmək olar.