Gəncədə rəsmi şəxslər sakinlərlə görüşüblər. Bu haqda 9 dekabr tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
İcra başçısının müavinləri, şöbə müdirləri və Aparatın məsul əməkdaşları həftə ərzində vətəndaşları qəbul ediblər. Onlar sakinlərin müraciətlərini dinləyiblər. Bir çox məsələlər yerindəcə öz həllini tapıb, digərləri isə nəzarətə götürülüb və aidiyyəti qurumlara yönləndirilib.