Gəncədə sakinlər arasında yarış keçirilib. Bu haqda 25 dekabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Turnir Gənclər və İdman Nazirliyinin “Üzməyi öyrənək" adlı layihəsi çərçivəsində baş tutub. Yarış Olimpiya İdman Kompleksinin Üzgüçülük hovuzunda təşkil olunub. Burada iştirak etmək üçün 8-70 yaş aralığında 100-ə yaxın həvəskar qeydiyyatdan keçib.
Üzgüçülərə 30-60 dəqiqə vaxt verilib. Final mərhəsinə vəsiqə qazananlar Bakıda keçiriləcək yarışda mübarizə aparacaqlar.