Gəncədə prospektlərin birinə asfalt örtüyü salınır. Bu haqda Gencexeber.az-a 16 mart tarixində məlumat daxil olub.
Söhbət Üzeyir Hacıbəyli prospektindən gedir. Adıçəkilən ərazidə avtomobil yolunun yararsız vəziyyətə düşmüş hissələri təmir olunur.
Prospektə texnika və canlı qüvvə cəlb olunub. Yolun yararsız hissəsindəki köhnə asfalt örtüyü qaşınıb. Növbəti mərhələdə yeni asfalt örtüyü salınacaq.