Gəncə Regional Qaz İstismarı İdarəsində tədbir baş tutub. Bu haqda 2 mart tarixində Regional Qaz İstismar İdarəsinə istinadən xəbər veririk.
Tədbir Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar keçirilib. Burada Mülki Müdafiə sahəsində mövcud qanunvericiliyin və "Azəriqaz" İstehsalat Birliyinin tələblərinin Gəncə Regional Qaz İstismarı İdarəsində icra vəziyyəti müzakirə edilib.
Daha sonra toplantıda sağlam iş şəraitinin yaradılması, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində SOCAR-in müvafiq proqramlarının icra vəziyyəti təhlil edilib. Həmçinin qarşıda duran vəzifələrlə bağlı tapşırıqlar verilib.