Gəncədə üç yerdə dirəklər əyilib. Bu haqda Gencexeber.az-a 11 mart tarixində məlumat daxil olub.
Sözügedən vəziyyət Zülfü Hacıyev, Mirzə Məhəmməd Axundzadə və Mirzə Abbas Abbaszadə küçələrindədir. Adıçəkilən ərazilərdəki elektrik və telefon xətlərinin dirəkləri qəzalı vəziyyətdədir.
Birinci və ikinci küçələrdə elektrik, digər küçədə isə telefon xətlərinin dirəkləri hər an aşa bilər. Analojı vəziyyət piyadalar və avtomobillər üçün təhlükə yaradır. Sakinlər bu vəziyyətdən narahatdırlar, onlar bu məsələnin həll olunmasını arzu edirlər.
[modula id="56229"]