Gəncədə təlim təşkil olunacaq. Bu haqda 16 aprel tarixində Gənclər Evinə istinadən məlumat veririk.
"Toxuculuq sənəti tariximizdən" adlı seminar Gənclər Evində baş tutacaq. Tədbir 18 aprel saat 14:30-da keçiriləcək. Təlimi Tikiş və Toxuculuq klubunun rəhbəri Xatirə Məmmədova aparacaq.
Burada hər kəs ödənişsiz olaraq iştirak edə bilər. Qatılmaq üçün (050) 350 99 67 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmək lazımdır.