Gəncədə Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələrlə görüş keçirilib. Bu haqda 6 aprel tarixində ADAU-ya istinadən xəbər veririk.
“Technest” Təqaüd Proqramının rəhbərliyi ADAU tələbələri ilə görüşüb. Burada məlumat verilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkil etdiyi “Technest” Təqaüd Proqramı çərçivəsində Techcamp Tədris Mərkəzi yeni dalğada Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə dərslərə davam edəcək. Dərslər proqramlaşdırmanın müxtəlif kateqoriyaları üzrə ödənişsiz şəkildə təşkil olunacaq.
Tədrisin sonunda tələbələr rəsmi Technest sertifikatı ilə təmin olunacaqlar. Qatılmaq üçün linkə daxil olaraq Gəncə-Daşkəsən iqtisadi rayonu bölməsindən qeydiyyatdan keçmək lazımdır. Bunun üçün sizdən şəxsiyyət vəsiqənizin şəklini, həmçinin CV əlavə etməyiniz tələb olunur.