Gəncənin yetirmələri yarışda iştirak ediblər. Bu haqda 27 fevral tarixində “Xəmsə” Taekvondo Klubuna istinadən xəbər veririk.
Masallı Regional Taekvondo Mərkəzində Azərbaycan Kuboku start götürüb. Burada 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin və “Xəmsə” Taekvondo klubunun idmançıları da mübarizə aparıblar.
Gənc taekvondoçular arasında keçirilən yarışda idmançılarımız Kamilə Qurbanova 63 kq çəki dərəcəsində, Nihad Qurbanov 55 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüblər.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxış ediblər.