Gəncədə avtomobil yolunda maneə yaranıb. Bu haqda Gencexeber.az-a 28 mart tarixində məlumat daxil olub.
Söhbət Zülfü Hacıyev küçəsindən gedir. Adıçəkilən ərazidə bir müddət öncə kommunal qəza baş verib. Bura müvafiq qurumun əməkdaşları cəlb olunublar. Partlamış yeraltı su xətti təmir edilib.
Lakin işlər bitdikdən sonra qazılmış hissənin üstü açıq vəziyyətdə qalıb. Hal-hazırda qazılmış ərazi avtomobillərin rahat hərəkəti üçün maneə yaradır.