Gəncədə universitetlərin birində tələbələr üçün təlim keçirilib. Bu haqda 14 mart tarixində ADAU-ya istinadən xəbər veririk.
Azərbaycan Dövlət Aqrar Universitetində "Marketinqdə başlanğıc" adlı təlim baş tutub. Burada “Business Service Centre” MMC-nin İnsan resursları şöbəsinin rəhbəri Təhminə Dəmirova və Marketinq şöbəsinin rəhbəri Zaur Mütəllimov iştirak ediblər.
Tədbir Aqrobiznes və idarəetmə fakültəsinin tələbələri üçün təşkil olunub. Görüşün sonunda 3 nəfər tələbə püşkatma yolu ilə ödənişsiz digər bir seminarda iştirak hüququ əldə edib.