Gəncədə küçələrin birində kommunal qəza baş verib. Bu haqda Gencexeber.az-a 24 yanvar tarixində məlumat daxil olub.
Hadisə Təbriz küçəsində qeydə alınıb. Adıçəkilən ərazidə kanalizasiya daşmağa başlayıb. Buraya aidiyyəti qurumun texnikası və canlı qüvvəsi cəlb olunub.
Hal-hazırda küçədə kanalizasiya quyuları təmir edilir.