Gəncə rəsmiləri xanın xatirəsini yad ediblər. Bu haqda 15 yanvar tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Qacarlar nəslindən olan Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın türbəsi ziyarət olunub. Mərasimdə Niyazi Bayramov, aparatın məsul əməkdaşları, baş konsul Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, "Cavad xan" Tarix və Mədəniyyət Fondunun rəhbərliyi, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.
Qeyd edək ki, Cavad xanın türbəsi 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib.