Gəncədə yeni il tamaşası göstəriləcək. Bu haqda 11 dekabr tarixində İticket.az-a istinadən xəbər veririk.
Yeni il multişousu - “Sehrbazlar məktəbi. Nəhəngin Sirri” adlı tamaşa nümayiş olunacaq. İnteraktiv şou 23 dekabr tarixində Gəncə Dövlət Dram Teatrında olacaq. Burada Şaxta baba və sevimli qəhrəmanlarla pulsuz fotosessiya, foyedə yeni il yarmarkası, gənc sehrbazların karaoke ifası olacaq.
Tamaşa rus dilində göstəriləcək. Biletlər 10 manatdan 20 manata qədərdir. 5 yaşa qədər uşaqlar üçün giriş ödənişsizdir (valideyn üçün bilet zəruridir).