Gəncədə küçələrin birində kommunal qəza baş verib. Bu haqda 13 aprel tarixində məlumat daxil olub.
Sözügedən hal Təbriz küçəsi, 5-ci dalanda müşahidə olunur. Adıçəkilən ərazidə yeraltı su xətti partlayıb. Nəticədə su küçə boyunca axaraq gölmələçələr yaradıb.
Sakinlər analoji vəziyyətlə bağlı narahat olduqlarını bildiriblər və məsələnin həll olunmasını istəyirlər. Onların sözlərinə görə, bu hal artıq neçə gündür davam edir.