Gəncədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən birinin yaradıcılığına həsr olunmuş bədii qiraət axşamı təşkil olunacaq. Bu haqda 22 aprel tarixində Gəncə Dövlət Filarmoniyasına istinadən xəbər veririk.
"Urbanda görüşərik" layihəsi çərçivəsində növbəti bədii qiraət axşamı keçiriləcək. Tədbir şair, mütəfəkkir və filosof Məhəmməd Füzulinin 530 illiyinə həsr olunacaq.
Bədii qiraət axşamı 22 aprel tarixində saat 19:00-da baş tutacaq. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında olacaq tədbirə giriş sərbəstdir.