Gəncədə növbəti turnirlərin cədvəli açıqlanıb. Bu haqda yanvarın 24-də Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.
22-28 yanvar tarixləri üçün həftəlik idman afişası paylaşılıb. Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən şahmat üzrə təsnifat yarışı keçiriləcək.
Turnir 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində baş tutacaq. Yarış 27-31 yanvar tarixlərində 10:00-da təşkil olunacaq.