Gəncənin mərkəzi prospekti səliqəyə salınır. Bu haqda Gencexeber.az-a 5 aprel tarixində məlumat daxil olub.
Söhbət Şah İsmayıl Xətai prospektindən gedir. Adıçəkilən ərazidə aidiyyəti qurumun texnikası və canlı qüvvəsi tərəfindən təmir işləri aparılır. Yolun yararsız və çökmüş hissələrinə yeni asfalt örtüyü salınır.
Bundan əlavə, həmin ərazidə yaşıllaşdırma işləri aparılır. Prospektə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsi tərəfindən ağaclar əkilir.