Gəncədə məktəblilər arasında müsabiqə keçirilib. Bu haqda 2 aprel tarixində Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.
“Vətənimsən Azərbaycan” adlı müsabiqənin final mərhələsi baş tutub. Burada Cəffər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Məktəblilərdən ibarət komanda III yerə layiq görülüb.
Müsabiqənin məqsədi şagirdlərin Azərbaycançılıq ruhunda tərbiyə olunması, ölkəmizin tarixi, ana dili və ədəbiyyatı, coğrafiyası, mədəniyyəti sahəsində biliklərini üzə çıxarmaqdır. Həmçinin onların komanda şəklində çalışmaq bacarıqlarını artırmaqdır.