Gəncədə tədbir keçirilib. Bu haqda 23 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Regional Mərkəz tərəfindən 4 nömrəli xarici dil təmayüllü məktəb-liseydə və 20 nömrəli tam orta məktəbdə tədbir baş tutub. Burada şagirdlərə baş verə biləcək fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə müvafiq biliklər verilib.
Tədbirdə, həmçinin fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə danışılıb. FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.