Gəncədə iki küçədə avtomobil yolunun təmirə ehtiyacı var. Bu haqda Gencexeber.az-a 13 noyabr tarixində məlumat daxil olub.
Bu hal Səməd Vurğun (41 nömrəli məktəbin yanı) və Ağamirzə Əhmədov (Naftalan Sağlamlıq Mərkəzinin qarşısı) küçələrində müşahidə olunur. Adıçəkilən ərazilərdə sürücülər üçün maneə yaranıb.
Hər iki küçədə avtomobil yolunda çöküntü əmələ gəlib. Birinci küçədə sakinlər xəbərdarlıq üçün həmin yerə şin(təkər) qoyublar.
[modula id="51514"]