Bu gün şəhid Mübariz Vəliyevin doğum günüdür.
Mübariz İmamverdi oğlu Vəliyev 12 dekabr 1964-cü ildə Gəncədə anadan olub. 43 saylı orta məktəbi bitirdikdən sonra sürücülük peşəsinə yiyələnib. O, 1982-1984-cü illərdə Almaniyada hərbi xidmətdə olub. Daha sonra Vətənə qayıdıb, Səhiyyə şöbəsində sürücü işləyib.
Mübariz Vəliyev 1992-ci ildə səfərbərliyə alınıb. Ağdamın Gülablı, Canyataq, Ağdərənin Drambon kəndləri uğrunda və Gədəbəy rayonunun Şınıx bölgəsində gedən döyüşlərdə iştirak edib.
22 sentyabr 1992-ci ildə Mübariz İmamverdi oğlu Vəliyev Laçın rayonunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.