Bu gün şəhid İbrahim İsgəndərovun doğum günüdür.
İbrahim İslam oğlu İsgəndərov 16 dekabr 1974-cü ildə Gəncədə anadan olub. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra təhsilini 9 saylı texniki-peşə məktəbində davam etdirib. Burada qaynaqçı peşəsinə yiyələnib.
28 dekabr 1992-ci ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. O, Şəmkir rayonunun Seyfəli kəndində döyuş hazırlığı keçib. Sırxavənd kəndində döyüşüb.
İbrahim İslam oğlu İsgəndərov 16 yanvar 1993-cü ildə Ağdərə rayonunun Vəng kəndi ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz 17 dekabr tarixində Gəncə Şəhidlər xiyabanında dəfn olunub.