Gəncənin daha bir neçə ərazisi işıqlandırılmır. Bu haqda Gencexeber.az-a 19 yanvar tarixində məlumat daxil olub.
Söhbət “Gəncə Mall”un qarşısındakı yeraltı keçiddən, Əttarlar küçəsinin ikinci döngəsindən və Hakim Cəfərov küçəsindən gedir.
Ticarət mərkəzinin qarşısındakı yeraltı keçid işıqsız qalıb. Sakinlərin sözlərinə görə, onlar keçiddən keçərkən telefonun fanarından istifadə edirlər. Digər ərazilərdə isə hava qaralan kimi küçələr zülmətə qərq olur.
Ruzigar Qasımov küçəsinin qaranlıq olması barədə məlumat vermişdik. Həmin küçə artıq işıqlandırılıb.
[modula id="53439"]